2014-cü ildə kiber hücuma məruz qalan və həmin vaxt Bitcoin-in qiymətinin 1000 dollardan 300 dollaradək enməsinə səbəb olan “Mt. Gox” təsirləri artır.
Bazarda bir sıra xəbər qaynağı BTC qiymətinin bu il 6 min dollara enməyini “Mt. Gox” sahibkarının 400 milyon dəyərində Bitcoin satması ilə əlaqələndirir.
Həmin şəxsin Nobui Kobayaşi olduğu bildirilir. Kobayaşinin batan birjanın alıcılarına ödəniş etmək məqsədilə 35 mindən çox Bitcoin və 34 min Bitcoin Cash satdığı məlum olub. Bu satışlar Bitcoin-in enməsinə səbəb olub. “Mt. Gox”-un o vaxtkı CEO-su Mark Karpeles ransferlərin dekabrdan fevrala qədər edildiyini təsdiqləyib.
Təşəbbüskar Alisteyr Milne Bitcoin-in 6000 dollara enməsindən bir gün əvvəl Kobayaşinin birjaya 18 min BTC köçürdüyünü qeyd edib. Matt odel isə Kobayaşinin həmin gün keçirilən alıcıların yığıncağında alınan qərara uyğun olaraq satdış reallaşdırdığını bildirib və “Twitter”-də bunları yazıb:
“Əmanətçilər panikaya düşdü və ən aşağı qiymətə satış həyata keçirdilər. Bazar da bu qiymətə məruz qaldı”.
FTB “Mt. Gox” hadisəsini araşdırmağa davam etdiyi halda, “Radio 4” kanalının qeyri-rəsmi məlumatlarına görə, Londonda yerləşən “Always Efficient LLP” şirkəti Tokioda yerləşən birjadan oğurlanan pulların işlədilməsində vasitəçi olub.
Dövrünün ən böyük birjası “Mt. Gox”-un 2014-cü ildə məruz qaldığı hücumdan sonra 850 min BTC oğurlanmışdı. Bu olay bazara təsir etdi və Bitcoin sürətlə enməyə başladı. Pulları oğurlanan istifadəçilərə ödəniş etmə prosesi və birja daxilində araşdırmalar davam etdirilir.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.