Son günlər Bitcoin-in qiyməti enməkdədir. “Barclays”-a görə, bu dəfəki eniş yüksəlişlə nəticələnməyəcək. Məsələ ilə bağlı hesabat hazırlanıb.
“Barclays” analitiki Jozef Abate Bitcoin və digər kriptovalyutaların epidemiya kimi yayılmasının sona çatdığını və qiymətinin yüksəlməyəcəyini bildirib. Təhlil hesabatında aşağıdakı ifadələr yer alır:
Daha çox investor kriptovalyuta aldığı zaman potensial investorlar getdikcə azalır. Beləliklə, satıcılar artır. Nəticədə qiymət aşağı düşür. Satanların sayı alanların sayından çoxdur, eniş daha da böyüyəcək. Bütün bunlara satış təzyiqini meydana gətirən spekulyativ hadisələr səbəb olur”.
Kriptovalyutalardan demək olar ki, hamının xəbərdar olduğunu söyləyən Abate dekabrdan bəri 65%-lik enişdən sonra bazarın yenidən eyni dəyərə nail ola bilməyəcəyini vurğulayıb:
“Artıq balonun şişməsi dayanıb. Spekulyasiyalarla yaradılmış qiymətlər heç vaxt yenidən təkrarlana bilməz”.
Analitikin fikrincə, Bitcoin epidemiyasından təsirlənməyən investor çox azdır. Fürsəti qaçırmaq qorxusu isə (FOMO) azalaraq bitir.
Hesabatda dünya əhalisinin çox az hissəsinin kriptovalyutalara sərmayə qoyduğu yazılıb. Xüsusilə, inkişaf etməmiş ölkələrdə investor sayı olduqca azdır. İnkişafda olan ölkələrdə isə investorların sayı həmin ölkələrdəki kriptovalyutalara münasibətə görə dəyişir.
Digər tərəfdən, “şəbəkə təsiri” fenomeni Bitcoin istifadəçi artdıqca, qiymətin də artacağını proqnozlaşdırır. Əgər Bitcoin istifadəsi geniş yayılırsa, spekulyativ bazar xəbərlərinin təsiri azalacaq və Bitcoin-in qiyməti bənzər durumlarda daha sabit qalacaq”.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.