Bitcoin 123 ölkədə LEQALDIR | Banco.az

Bitcoin 123 ölkədə LEQALDIR

Coin Dance portalı cari ilin sentyabr ayı üzrə dünyanın müxtəlif ölkələrində Bitcoin-in qanuniliyi ilə bağlı araşdırma (Bitcoin Legality and Classification by Country) aparıb və məlum olub ki, bitcoin ən azı 123 ölkədə leqaldır.

Analitiklərin araşdırmalarına əsasən hələ də bir çox ölkələrdə rəqəmsal aktivlərin hüquqi statusları müəyyən edilməsə də onlarla bağlı hər hansı bir qadağaların olmadığı da müəyyən edilib. Lakin bununla belə bəzi ölkələrdə kriptovalyuta ilə aparılan əməliyyatlar qadağan edilib. Bu ölkələr: Boliviya, Banqladeş, Makedoniya, Vyetnam, Əlcəzair, Əfqanıstan, Pakistan, S.Ərəbistan Qatar.

Ən sərfəli kredit üçün müraciət et

image-1-1.png

Tərtib edilmiş siyahıda Azərbaycan bitkoin-in leqal olduğu ölkə kimi göstərilib. Əlavə olaraq məlumat verilib ki, Azərbaycanda yeganə ödəniş vasitəsi manat olmasına baxmayaraq bitcoin alqı-satqısı qanunla qadağan edilməyib.

kriptoinvest.az

Ən sərfəli krediti almaq üçün müraciət et