“Birləşmiş Ştatlar heçvaxt defoltla üzləşməyəcək” | Banco.az

“Birləşmiş Ştatlar heçvaxt defoltla üzləşməyəcək”

Müəllif - Aida İsaq, Banco.az

Birləşmiş Ştatlarda defolt vəziyyəti yaranmayacaq.

Banco.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib. Onun sözlərinə görə, ABŞ Konqresi ilə dövlət borcunun yuxarı həddi ilə bağlı razılaşmanın əldə olunmaması belə vəziyyətə təsir göstərməyəcək. 

Daha öncə ABŞ prezidenti Co Bayden və nümayəndələr palatasının spikeri Kevin Makkarti müvafiq məsələylə bağlı ortaq nöqtəyə gəlinməməsini şərh edərkən ölkənin öz borclarını ödədiyini, tarix boyu defoltla üzləşmədiyini bildirib. 

Qeyd edək ki, bundan əvvəl Kevin Makkarti Baydeni zəruri addımların atılmamasında ittiham edərək vəziyyətin ABŞ-ı defolta apara biləcəyini vurğulamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et