Birləşmiş Krallıqdan Azərbaycana pul köçürmələri 10% azalıb | Banco.az

Birləşmiş Krallıqdan Azərbaycana pul köçürmələri 10% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Birləşmiş Krallıqdan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 8 milyon 282 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,9% (912 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 9 milyon 194 min dollara bərabər olub. 

Qeyd edək ki, ilk 3 ayda Birləşmiş Krallıqdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2.8% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et