Birləşmiş Krallıqda bankı necə seçməli? | Banco.az

Birləşmiş Krallıqda bankı necə seçməli?

Birləşmiş Krallıq dünyada ən böyük və ən inkişaf etmiş maliyyə sistemlərindən birinə malikdir, Londonun City-si isə dünyanın maliyyə mərkəzlərindən biridir. Buna rəğmən, bankların bolluğuna və fərqliliyinə baxmayaraq, fiziki şəxslərin və kompaniyaların hesablarının dörddə üç hissəsi  cəmi 4 Britaniya bankında cəmlənib: Lloyds Banking Group (Lloyds Bank, Bank of Scotland Retail Bank və Halifax Retail Bank kimi brendlərdən istifadə edir), Barclays, Royal Bank of Scotland və HSBC. Həmçinin yerli bazarda nisbtən böyük paya (təxminən 10%) İspaniyanın Santander bankı sahibdir. Son illərdə Virgin Money bankı və tamamilə onlayn xidmət göstərən Aldermore böyük templərlə inkişaf edir, amma yenə də “böyük dördlük” ilə müqayisədə onlar çox kiçikdir.

Bazarın əsas oyunçuları arasında yüksək rəqabət nəticəsində müxtəlif banklarda hesablara xidmət göstərilməsi şərtləri bir-birindən çox az fərqlənir, bununla yanaşı adi cari hesablarına ( o cümlədən debet kartlarına) xidmət göstərilməsi çox zaman pulsuzdur. Ödənişlər yalnız xüsusi xidmətlər üçün hesab açdıqda tutulur, hansı ki özündə sığorta və ya hər hansı bir “klub” təkliflərinə üzvlüyü nəzərdə tutur (endirimlər, mətbuata abunə olmaq və s). Bundan əlavə banklar müəyyən əməliyyatlara görə komisyon tuta bilər: məsələn ölkə xaricində, xarici valyutada ödəniş edərkən).

Ən sərfəli kredit üçün müraciət et

Ümumi yanaşsaq, İngiltərədə və eləcə də bütün Birləşmiş Krallıqda  adi cari hesabın açılması məqsədi ilə bank axtarışı zamanı ilk diqqət etdiyimiz nüans bank filialının bizə uyğun bir yerdə yerləşməsidir. Əgər müştəri ayda bir neçə funt ödəməyə hazırdırsa, onda bonus və sığorta ilə bağlı xüsusi təklifləri də nəzərdən keçirmək olar.