Birləşmiş Ərəb Əmirlikləri “OPEC+”dən çıxdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Birləşmiş Ərəb Əmirlikləri “OPEC+”dən çıxdı

Müəllif:Mehin Qasımova,Banco.az

Gündə təxminən 3-3,5 milyon barel neft hasil edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 1 may tarixindən etibarən OPEC-dən və OPEC+ sazişindən çıxdığını elan etdi.

Banco.az xəbər verir ki, BƏƏ-dən bildirilib ki, bu qərar BƏƏ-nin istehsal siyasətinin, eləcə də mövcud və gələcək imkanlarının hərtərəfli nəzərdən keçirilməsindən sonra qəbul edilib.

BƏƏ hökuməti vurğulayıb ki, Ərəbistan körfəzi və Hörmüz boğazındakı fasilələr də daxil olmaqla, qısamüddətli dəyişkənlik təchizat dinamikasına təsir göstərməyə davam etsə də, əsas tendensiyalar orta və uzunmüddətli perspektivdə qlobal enerji tələbatında güclü artıma işarə edir.