Birləşmə öncəsi CDB bankın maliyyə durumu
Bu gün, 21 aprel 2017-ci ildə Atabank və CDB Bankın birləşməsi ilə bağlı qərar bankın rəsmiləri tərəfindən mətbuta açıqlanmışdır.
Banco.az olaraq, CDB bankın son maliyyə durumuna nəzər salmaq istədik. Beləliklə, 31.03.2017-cı il tarixinə olan balans göstəricilərinə əsasən, bankın cəmi aktivlərinin həcmi 142.368,28 min manat təşkil edir. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 18,6% daha çoxdur. Bankın müştərilərə verilən kreditlərinin cəmi isə 107.439,27 min manata çatıb ki, həmin rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 25% daha yüksəkdir.
Cari ilin birinci rübünə olan göstəricilərə əsasən bankın müştərilərə verilən depozit portfelinin həcmi 45.082,88 min manat təşkil edir. Ötən ilin eyni dövründə isə portfelin həcmi 32,058.13 min manat olmuşdur.
CDB Bank cari ilin ilk rübünü müsbət, yəni 652,72 min manat xalis mənfəətlə başa vurub. Lakin bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə xeyli geri qalır. Belə ki, CDB Bank 2016-ci ilin ilk rübünü 5,502.06 min manatla başa vura bilmişdir.
Könül Soltanova, Banco.az