Bankların ən çox istifadə olunan kartlarından biri də taksit kartlarıdır. Taksit kartı digər kredit kartlarına nəzərən müxtəlif üstünlüklərə malikdir.
Taksit kartları sizlərə banklarla əməkdaşlıq edən ticarət / xidmət yerlərində mal və xidmətlərin dəyərini ödəmə imkanı təqdim edir. İstifadə edilən məbləğ faiz hesablanmadan banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 2, 3, 6, 12, 18 və ya 24 aya ödənilir.
Taksit kartları ilə həmçinin bankların bankomatlarından müəyyən məbləğdə nağd pul çıxarmaq olar. İstifadə edilən məbləğ müəyyən komissiya ilə banka bərabər hissələrlə bir neçə aya ödənilir.
Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər.
Ödəniş müddətində borca faiz hesablanmır (bəzi kartlarda hesablanır), lakin gecikmə olduqda cərimə faizi hesablanır.
Bu məqalədə taksit kartlarının ən geniş istifadə olunan Kapital Bankın Birkart taksit kartı haqqında ətraflı məlumat əldə edəcəksiniz. Birkartı istifadə edə biləcəyiniz mağazaların siyahısı ilə linkdən tanış ola bilərsiniz.
Birkart taksit kartını əldə etmək üçün isə linkə daxil olaraq sifariş verə bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!