Birja robotları sahibkarları ciddi ziyana uğratdı | Banco.az

Birja robotları sahibkarları ciddi ziyana uğratdı

Financial maliyyə agentliyinin məlumatına əsasən 2018-ci il ərzində alqoritm və ticari robotlar ilə məşğul olan fondların strategiyaları uğursuz nəticə verib və 5,6 % ziyana uğrayıb.

İnvestisiya fondlarını və indeksləri müşahidə edən HFR agentliyi, fondlarda fevral-oktyabr və dekabr aylarında, nadir halda rast gəlinən rəqəmlər ilə qarşılaşıb. Göstəricilərin xeyli dərəcədə aşağı düşməsi, mütəxəssisləri təəccübləndirib. 

2018-ci ilin sentyabr ayında S&P Information Technology şirkətinin sənayə indeksi 1300 punkt göstəricisini aşaraq oktyabr ayında bu göstərici 1200, dekabr ayında isə 1011,31-ə qədər enmişdir.

Texnoloji sektorda müşahidə edilən enmələr Facebook, Amazon, Apple, Netflix-in bazardakı qiymətinin 822 milyard dollar azalmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, investisiya fondlarının təsisçiləri satış tarixinin gələcəyin bələdçisi olduğunu zənn etməsinə baxmayaraq, krizis zamanı yaranan vəziyyət əksini sübut edir. 

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Birja robotları sahibkarları ciddi ziyana uğratdı

Günel Gözəlova, Banco.az

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et