Birja panikası nədir? | Banco.az

Birja panikası nədir?

Müəllif: Nisə Əsgərli, maliyyəçi-investor

Birja panikası nədir?  

Birja böhranı dövrüdür, bu dövrdə səhm qiymətlərində ən ciddi enişlər baş verir. Birja panikası başlandıqda qiymətli kağızların təklifi kəskin şəkildə artır və onlara tələbat kəskin şəkildə azalır. Heç kimə sirr deyil ki, hədsiz emosiyalar birjada əsaslandırılmış qərarlar qəbul etməyimizə mane olur. Ugurlu treyderlərə qaçılmaz emosiyaların öhdəsindən gəlməyə kömək etməkdə effektivliyi sübut edilmiş praktiki məsləhətlərə birbaşa keçmək istərdim. Beləliklə, ticarət kapitalını özümüzdən necə qorumaq olar.

  • Əqdlər ciddi şəkildə şəxsi ticarət sisteminin siqnallarına uyğun olaraq həyata keçirilir.
  • Hər bir əqd həcmi ticarət planına  və risklərin idarə edilməsi prinsiplərinə uyğun olaraq hesablanır.
  • Əqd açmaq qərarı yalnız bazar bağlandıqdan sonra verilir və ertəsi gün icra olunur.
  • Stop-loss əqd açıldıqdan dərhal sonra yerləşdirilir.
  • Əqd nəzarəti yalnız müəyyən vaxtda həyata keçirilir.
  • Əqd bağlandıqdan sonra tamamlanmış əməliyyatın hərtərəfli təhlili aparılır
  • Nəticələr əməliyyatın təhlili üçün ticarət jurnalında qeyd olunur.

Əgər birjada ticarətin sizin üçün çox yorucu olduğunu başa düşsəniz, güclü səhmlər alın, onları mümkün qədər uzun müddət saxlayın və bəlkə də investisiyalarınızdan əldə olunan gəlir fond bazarında müntəzəm ticarət edən iştirakçıların gəlirlərini dəfələrlə üstələyə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et