Birinci rübü zərərlə başa vurdu | Banco.az

Birinci rübü zərərlə başa vurdu

TuranBank cari ilin birinci rübünə olan maliyyə nəticələrini açıqlayıb. Bu barədə Banco.az portalı  Bankın rəsmi saytına istinadən məlumat verir.

31.03.2015-ci il tarixinə Bankın  cəmi aktivlərinin həcmi 347,874 mln təşkil edib. Həmin dövr üçün overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin cəmi 260, 125 mln manat olub ki, onun da 5,737 mln-u kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat kimi ayrılıb. Beləliklə, Bankın xalis kredit portfelinin cəmi 254,388 mln təşkil edib.

Eyni müddət üçün  bankın depozit portfelinin həcmi (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), 143,420 mln olmuşdur. Birinci rübün sonuna Bankın cəmi kapitalının həcmi isə 55,576 mln manatdır.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin birinci rübü ərzində bankın faiz gəlirlərinin cəmi 8,727 mln, faiz xərclərinin cəmi isə 3,954 mln manat olub. Qeyri-faiz əməliyyatlarında isə Bank zərərlə üzləşib. Belə ki, məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından Bakın xalis zərəri - 3,234 mln manat olub. Bankın qeyri faiz xərcləri isə birinci rüb üçün 3,121 mln manat olub.  Bunlardan 1,755 mln-i əməkhaqqı və kompensasiya ödənişlərinə yönəlib.

Ümumilikdə Bank rübü mənfəətlə başa vura bilməyib və vergilərdən öncəki bankın xalis zərəri 2,001 mln manat təşkil edib.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et