Birinci rübdə 4 sığorta şirkətinin ödənişləri 1 milyon manatdan az olub | Banco.az

Birinci rübdə 4 sığorta şirkətinin ödənişləri 1 milyon manatdan az olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı sığorta şirkətləri 2024-cü ilin yanvar-mart aylarında 164 milyon 29 min manat sığorta ödənişi həyata keçirilib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 10 milyon 702 min manat və ya 7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərindən 4-nün sığorta ödənişləri 1 milyon manatdan az olub.

Bunlar Meqa Həyat Sığorta (706 min manat), AzSığorta (419 min manat), Qala Həyat Sığorta (192 min manat) və İpək Yolu Sığorta (11 min manat) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram