“Birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasın” | Banco.az

“Birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasın”

Şuşada dünən təməli qoyulan yeni yaşayış kompleksində birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur.

Bu barədə Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışında deyib.

“Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.

Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et