Birdəfəlik enerji yığımı ilə 9 gün işləyən smart saat təqdim edildi | Banco.az

Birdəfəlik enerji yığımı ilə 9 gün işləyən smart saat təqdim edildi

Xiaomi şirkəti birdəfəlik enerji yığımı ilə 9 gün işləyən, 120-dən çox saat interfeysinə sahib Mi Watch Lite-ı təqdim edib. 

Saat 320x320 piksel keyfiyyətli, 1,4 düymlük LCD ekrana sahibdir. Xiaomi Mi Watch Lite-ı 230 mAh batareyası ilə 9 günə qədər istifadə etmək mümkündür.

Xiaomi-nin rəsmi açıqlamalarına görə, Mi Watch Lite-ın 11 fərqli idman rejimi var. Bununla yanaşı, saatda nəbz monitorinqi, yuxu izləmə, zəng cavablandırması, bildiriş nəzarəti, hava məlumatı və s. xüsusiyyətlər mövcuddur. Saat maye və tozdan özünü müdafiə edə bilir. Cihaz Android-də Xiaomi Wear,  iOS əməliyyat sistemində isə Xiaomi Wear Lite tətbiqi ilə istifadə olunur. 

Xiaomi Mi Watch Lite-ın rəsmi qiyməti açıqlamasa da, mütəxəssislərin fikrincə, 40 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ted

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et