Bır sıra banklar dolların alış və satış məzənnəsini artırıb | Banco.az

Bır sıra banklar dolların alış və satış məzənnəsini artırıb

Azərbaycanda bir sıra banklar dolların alış-satış məzənnəsini yenidən bahalaşdırıb. 

Fevralın 14-də dolları 1,6400 manatdan alan “AGBank” bu gün Amerika valyutasını 1,7100 manatadək artırıb. Bu bankda dollar satışı isə bir gündə 1,7800 manatdan 1,8100 manatadək qalxıb. 

“Bank of Baku” dolların alışını 1,7000-dan 1,7200-dək artırıb. Bank dollar satışını isə dünən ilə müqayisədə eyni saxlayıb - 1,8 manat. 

“AccessBank” isə dolların alışını 1,6300 manatdan 1,6850 manata, satışını isə 1,7600 manatdan 1,7800 manatadək qaldırıb. 

Ən sərfəli kredit üçün müraciət et

Amerika valyutasının alış-satış qiymətini “TuranBank” da bahalaşdırıb. Belə ki, hazırda bu bankda dolların alışı 1,7200 manat, satışı isə 1,8000 manatdır. Fevralın 14-də isə bu bankda dolların alışı 1,6700 manat, satışı isə 1,7700 manat olmuşdu.

Qeyd edək ki, bu günə olan rəsmi məzənnə 1,7296 manat təşkil edir, amma bir sıra banklarda isə əks tendensiya müşahidə edilir, yəni dollar bahalaşır.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et