"Bir qəzada bütün enerji sisteminin sıradan çıxması böyük suallar doğurur" | Banco.az

"Bir qəzada bütün enerji sisteminin sıradan çıxması böyük suallar doğurur"

Ölkədə bir sistemin sıradan çıxması ilə ümumi sistemin sıradan çıxması suallar doğurur.

 

Bunu İyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilmiş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

"Son 15 ildə ölkəmizin enerji sisteminə böyük investisiyalar qoyulub, yeni elektrik stansiyaları tikilib. Bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxması böyük suallar doğurur. Qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır, bununla əlaqədar tədbirlər görülməli, təkliflər verilməlidir”, - Prezident deyib.

Ən sərfəli kredit üçün müraciət et

İlham Əliyev bu hadisədə günahı olanların müəyyənləşdirilməsi və cəzalandırılması barədə ciddi tapşırıqlarını verib.

Prezident, yaranmış vəziyyətdə göstərdikləri köməyə görə, Rusiya və Gürcüstana təşəkkür edib.

Marja.az