Bir kartla üç valyutada alış-veriş imkanı | Banco.az

Bir kartla üç valyutada alış-veriş imkanı

Banco.az olaraq, taksit kartların hansı valyutada maliyyələşməsi məsələsini araşdırmağa davam edirik.  Digər kredit  növlərindən fərqli olaraq, taksit kartların devalvasiya dövrünü daha sarsıntısız keçirdiyini söyləmək olar. Belə ki, kartlar üzrə maliyyələşmə əsasən milli valyuta ilə həyata keçirilib. Lakin devalvasiyadan sonra bəzi banklarda bu praktika dəyişib.

Məsələ ilə bağlı taksit kartları bazarındankı mövqeyi ilə seçilən Yapı Kredi Bank Azərbaycana da müraciət etdik. Bankdan Banco.az portalına verilən məlumatda bildirilir ki, "Worldcard üzrə kreditləşmə tamamilə manatla həyata keçirilir. Lakin, müştərilər istədiyi halda, dollar və avro hesabları da açdırıb, dollarla ödənişlərini dollarla avro ilə ödənişlərini avro, manatla olan ödənişlərini  isə milli valyuta ilə edə bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Hər üç hesab eyni bir karta bağlı olur və əməliyyatın hansı ölkədə edilməsindən asılı olaraq dollar və ya avro hesabı üzrə  borc-faktura gəlir.

World ilə Ölkədən Xaricdə Olan Xərclər- Worldcard istifadəçilərinin şəxsi istəyinə əsasən, Avro bölgəsindəki bütün əməliyyatlar üçün Avro valyutasından, qalan bütün digər ölkə xarici  əməliyyatlar üçün isə ABŞ Dolları valyutasında ibarət hesab bildirişi yaradılır və Worldcard istifadəçiləri borclarını bu pul vahidləri ilə ödəyə bilərlər”.