Bir kampaniyada 50 milyon AZN cəlb etdi | Banco.az

Bir kampaniyada 50 milyon AZN cəlb etdi

Ötən gün Fairmont otelində Kapital Bankın depozit məhsulları üzrə  elan etdiyi lotereyanın son tirajı keçirildi və bir nəfər qalib 25000 AZN qazandı.

Lotereyanın şərtlərinə əsasən 50 gün ərzində Bankda depozit yerləşdirən müştərilərdən bir şanslı olaraq, gün ərzində keçirilən uduş tirajında 500 AZN qazanırdı. Bu isə yarışma müddəti ərzində 50 nəfərin 500 AZN qazanması deməkdir.

Belə bir kampaniyanın keçirilməsi isə Bankın 140 illik yubileyini qeyd etməsi ilə bağlıdır.  Baş tutan tədbirdə Kapital Bankın İdarə heyətinin sədri cənab Rövşən Allahverdiyev çıxış etdi:

“Bu qızmar yay-axşamında dəvətimizi qəbul edib, tədbirə qatılan hər bir kəsə öz təşəkkürümüzü bildiririk.   2014-cu ilin İyun ayının 11-dən start verdiyimiz depozitlər kampaniyası ilə bağlı keçirilən lotoreyanın yekun axşamına yığışmışıq.  Bu gün möhtəşəm bir priz də oynanılacaq.  Bildiyiniz kimi Kapital Bank  şəffaflıq, keyfiyyətlilik və gəlirlilik kimi özünə dəyərlər müəyyənləşdirib və biz şəffaflıq prinsipinə sadiq qalaraq, bu lotereyanı sizin gözləriniz önündə keçiririk.

Hazırda Kapital Bank özündə dəyişiklik mərhələsini yaşayır, yeni strategiya yazılır, yəni hədəflər müəyyən edilir və bu gün biz yeni hədəflərə  doğru çox uğurla irəliləyirik. Strategiyamızın tərkib hissəsindən biri də o idi ki, bizim müştərilərimizə lazım olan, məhz onlara xeyir gətirəcək məhsullar hazırlayıb, onların istifadəsinə verməkdir. Biz məhsulların üzərində artıq işləyirik və işləməkdə davam edəcəyik.  Birinci kampaniyadan artıq siz yararlana bilmiSiniz. Ümidvaram ki, bundan sonra da yararlanmaqda davam edəcəksiniz.  Kampaniyanın başlaması ərəfisində qarşımıza bir sıra suallar çıxırdı: “Nə qədər uğurlu olacaq? “Nə qədər müştəri cəlb edə biləcəyik?” Sözsüz ki, bizim bəzi hesablamalarımız var idi, amma biz çox şadıq ki, nəticələri bizim gözləntilərimizdən daha yaxşı oldu və bizi sözün yaxşı mənasında təəccübləndirdi. Biz iyun ayının 1-dən bu günə qədər, bu kampaniya müddəti ərzində 50 milyon AZN-dən çox vəsait cəlb edə bilmişik. Bu da yenidən biznesin inkişafına yönəlib və real sektorun inkişafına öz  töhfəsini verəcək. Bu kampaniya özünü göstərdi ki, bu cür məhsullara həqiqətən ehtiyac var” – O qonaqlara təşəkkür edərək, öz çıxışını bitirdi.   

Ən sərfəli kredit üçün müraciət et

Daha Sonra loterayanın qalibləri müəyyən edildi.

İlk öncə 500 AZN qazanan son üç nəfərin kimliyi bəlli oldu:

  1. Məmmədov Tofiq Alış oğlu
  2. Hüseynzadə Pərvin Qəhrəman qızı
  3. Museyibova Elnura Xanalı qızı

Nəhayət 25 000 AZN də öz sahibini tapdı. Bu şəxs Xəlilov Araz Xəlilulla oğlu idi.

Ümumi iştirakçıların sayı 2208 nəfər, uduş şanslarının sayı isə 74212 olmuşdur.

Könül Soltanova / [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et