Bir ilə aktivlərini 50% artırdı | Banco.az

Bir ilə aktivlərini 50% artırdı

Azərbaycanın ən böyük banklarından hesab olunan Paşa Bank 2014-cü il III rüb üzrə maliyyə hesabatını açıqlamışdır.

Bankın aktivləri bir il ərzində 50%-dən çox artaraq 1,03 mlrd manat təşkil etmişdir. Aktivlərin 41%-i (426 mln manat) müştərilərə verilən kreditlər təşkil edir. Paşa Bank aktivlərinin digər bir mühüm hissəsini qiymətli kağızlarla əməliyyatlar təşkil edir ki, cari ilin ilk doqquz ayı ərzində onun həcmi 240 mln manat təşkil etmişdir.

Bankın əsas maliyyələşmə mənbələrinə müştərilərdən cəlb edilmiş depozitlər və nizamnamə kapitalı daxildir. Belə ki, yanvar-sentyabr ayları üzrə depozitlərin ümumi həcmi 437 mln manata bərabər olmuşdur ki, onun da 63%-i (276 mln manat) hüquqi şəxslərdən cəlb edilmiş tələbli və müddətli depozitlər təşkil edir.

Bankın nizamnamə kapitalında da artım müşahidə edilmişdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nizamnamə kapitalı 105 mln artaraq 333 mln manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Paşa Bank ötən illə müqayisədə xalis mənfəətini 48% artıraraq 12,3 mln manat qazanc əldə etmişdir. Bankın 2014-cü ilin yanvar-sentyabr ayları ərzində faiz gəliri 45 mln manat, qeyri-faiz gəliri 9,3 mln manat, faiz xərcləri 11 mln, qeyri-faiz xərcləri isə 22,3 mln manata bərabər olmuşdur. Bununla yanaşı bank ötən ilin müvafiq dövrü ilə müqayisədə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 4 mln manat daha az, yəni 10,7 mln manat ayırmışdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et