Çində bir-birinin ardınca qəhvəxanalar açan Çinin "Luckin Coffee" şirkəti, 2019-cu il ərzində Çin bazarında ABŞ-ın "Starbucks" şirkətinin şəbəkəsini arxada qoymağı hədəfləyir.
"Luckin Coffee" "Wall Street" birjasında yer almaq üçün də hazırlıqlarına başlayıb.
Birjada səhmlərin ilkin kütləvi satışı prosesinin 2019-un ikinci rübündə başlayacağı və şirkətin səhmlərinin satışından təqribən 300 milyon dollar gəlir əldə edəcəyi gözlənilir. Bu gəlir "Luckin Coffee"yə Çindəki şöbələrinin sayını daha da artırmağa imkan verəcəkdir. "Luckin Coffee"nin birjaya girişi prosesi "Credit Suisse" tərəfindən istiqamətləndirilir.
Yalnız bir il əvvəl qurulmuş olan "Luckin Coffee" cəlbedici qiymət siyasəti və ağıllı telefon tətbiqi sayəsində sürətlə inkişaf edir. Şirkət 2018-ci il ərzində Çində 2000 şöbə açıb, bu il ərzində də 2500 şöbə açaraq ölkədə cəmi 4500 şöbəyə çatmağı hədəfləyir.
"Starbucks"ın Çində hazırda 3600 şöbəsi mövcuddur və bu bazarda təqribən 3 milyard avroluq dövriyyəsi var. Ancaq 2019-cu ilin sonunda "Luckin Coffe"nin filial sayının "Starbucks"ı keçəcəyi gözlənilir.
marja