ABŞ və Çin arasındakı ticarət müharibəsi dünyadakı ən varlı 500 insanın bir gündə 117 milyard dollar itirməsinə səbəb olub.
Bazar ertəsi günü Çin Yuanıтжт dollar qarşısında son 11 ilin ən aşağı səviyyəsinə geriləməsi ilə ABŞ bazarları 2019-cu ildə tək bir gün ərzində ən böyük itkisini yaşadı. Dünyanın ən varlı 500 adamı ABŞ səhmlərindəki ucuzlaşma ilə bir gündə 117 milyard dollar itiriblər.
Yaşanan ticarət gərginliyi ilə Amazon-un səhmləri 3.2% ucuzlaşıb və Jeff Bezos sərvətinin 3.4 milyard dollarını bir gündə itirib. Beləcə, Bezosun sərvəti 110 milyard dollara geriləyib, ancaq bu azalmaya baxmayaraq dünyanın ən varlı insanı olmağa davam edir.
Facebook-un qurucusu Mark Zuckerberg sərvətindən 2.8 milyard dollar, Microsoft-un qurucusu Bill Gates isə 2 milyard dollar itirib.
Marja