Hong Kongda yaşayan ailə 24 yaşlı oğluna 3,88 milyard dollarlıq şirkət səhmlərini hədiyyə edib.
Banco.az xəbər verir ki, cütlüyün Eric Tse adlı oğlu ABŞ-ın Pensilvaniya universitetinin yeni məzunu olub. Beləliklə, o, ABŞ Prezidenti Donald Trump-ı, tanınmış rejissor Steven Spielbergi, "Starbucks"ın qurucusu Howard Schultzi üstələyərək dünyanın ən varlı 550 adamından birinə çevrilib. Ericin valideynləri Çin dərman nəhəngi “Sino Biopharmaceutical”ın idarə heyətində yer alır.
Şirkət çərşənbə axşamı səhmlərin beşdə birinin Eric Tseyə pulsuz verildiyini bildirib.
"Tse qəzetlərin və digər təşkilatların yaratdığı zənginlərin siyahısına öz adı ilə deyil, ailəsi üçün girməyə çalışacaq"
Şirkət tərəfindən Tsenin sıravi həyat tərzi keçirməsi qeyd olunub. Lakin ABŞ mediası gənc milyarderin İnstaqram paylaşımlarında bunun əksinin müşahidə olunduğunu vurğulayıb. Bu paylaşımlar Tsenin aktiv bir həyat tərzi sürdüyünə işarə edir. Dünya liderləri və Çin siyasətçiləri ilə tez-tez görüşür. Barbados müğənnisi Rihanna və Amerikalı modellər Bella Hadid , Lily Aldridge ilə partilərdə, Monako şahzadəsi Şarlene ilə hovuz başında, NBA ulduzları ilə basketbol sahələrində, Baham adalarında delfinlərlə və s. kimi yerlərdə görüntülənib.
Ailəsinin ən azı beş şirkətinin idarə heyətində rəhbər olaraq çalışan və ildə 500 min dollar maaş alan Eric Tse bildirib:
“Ailəm və digərləri məndəki potensialı gördü. Heç bir qarşılıq gözləmədən mənə yardım etdilər. 19 yaşımda olarkən ətrafıma necə pozitiv enerji yaya biləcəyim haqqında düşünürdüm”.
Aida İSAQ, Banco.az