Bir dəqiqəyə 1 milyard dollar qazanmağın yolu | Banco.az

Bir dəqiqəyə 1 milyard dollar qazanmağın yolu

SoftBank bankının təsisçisi olan Masayoshi Son, dünya üzrə ən varlı yaponlar arasında ikinci yeri tutur. O, gələcəyi proqnozlaşdırmaqla milyardlar qazanır. Milyarderin fikrincə, bu gün hansı sahələr daha perspektivlidir?

Yaponiyanın SoftBank korporasiyasının təsisçisi və baş direktoru olan Masayoshi Son, bir dəqiqəyə 1 milyard dollar qazana biləcəyini iddia edir. 2016-cı ilin avqustunda Tokioya Səudiyyə Ərəbistanının nümayəndə heyəti gəlmişdir: şahzadə Mohammed bin Salman və onu müşayiət edən daha 500 nəfər. “Tokioya ilk dəfədir gəlirəm və sizə hədiyyə bağışlamaq istəyirəm, – deyə Son şahzadəyə müraciətini xatırladır. – Bu, trilyon dollardır”. Nümayəndə heyəti bu sözlərdən sonra dəhşətə gəldi, Son isə dəyəri 100 milyard dollar olan Vision fondunu yaradacağını və ondan 1 trilyon gəlir götürəcəyini söylədi. Mohammed bin Salman fonda 45 milyard dollar sərmayə qoymağa razı olmuşdur, onun Son ilə görüşü tam olaraq 45 dəqiqə davam edib.

Hal-hazırda, Masayoshi-nin 61 yaşı var və onun sərvəti 21,6 milyard dollar təşkil edir. Milyarderin sözlərinə görə, o, SoftBank bankının gələcək 300 ildəki inkişaf strategiyasına malikdir. Bu gün ki gündə Masayoshi Son, süni intellekt texnologiyasının inkişafına daha çox diqqət ayırır.

2019-cu ildə milyarder hansı müqavilələri bağlamaqda müvəffəq ola bilmişdir?

Mayninq çıxışı

“İnsanlar elə düşünürlər ki, mən satmağı sevmirəm, bu belə deyil”, – Masayoshi Son fevral ayında deyib. TechCrunch-ın verdiyi məlumatlara görə, indiyə qədər Vision fondunun 6 çıxışı olmuşdur. Onlardan biri 2019-cü ilin yanvar ayında baş verib: fond Nvidia səhmlərinin 4,9%-ni satdı. 2017-ci ildə isə SoftBank şirkətin qiymətli kağızlarına 4 milyard dollar yatırım edir, bu haqda Bloomberg yazırdı.

Hər kəs elə düşünürdü ki, Nvidia – növbəti uğurlu yatırımlardan biri olacaqdır: 2016-ci ildən 2018-ci ilin sentyabr ayına qədər şirkətin kapitallaşması 17 milyard dollardan 175 milyard dollara qədər artdı. Lakin, bu, uzun müddət davam etmədi və noyabr ayında səhmlərin qiyməti 40% aşağı düşdü.

Bütün bunlara baxmayaraq, sərmayə uğursuz olmamışdı: SoftBank-ın təsisçisi onun köməyi ilə 3,3 milyard dollar qazana bilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

“SoftBank bankının taktikası çox sadədir, burada əsas məqsəd şirkətin inkişafına lazımi vəsait ayırmaqdır, – deyə Singularity-nin ambassodoru olan Yevqeniy Kuzneçov izah edir. – 2017-ci ildə Vision fondu bu şirkətə 4 milyard dollar sərmayə qoyduqdan sonra, kapitallaşma demək olar ki, ikiqat artdı”. Həmin dövrdə Nvidia süni intellekt üçün qrafik prosessorlar tərtib edərək, bu bazarda liderlik qazana bilmişdir.

Sükan arxasında yuxu

Milyarderin maraq dairəsində olan sahələrdən biri də logistik şirkətlər və çatdırılma ilə məşğul olan xidmətlərdir. Bu ilin fevral ayında Vision, pilotsuz avtomobillərin istehsalı üzrə ixtisaslaşan Nuro şirkətinə 940 milyon dollar sərmayə qoydu. Nuro 2016-cı ildə yaradılmışdır, onun təsisçilərindən biri isə Alden Woodrow adlı bir mütəxəssis olub.

2019-cu ildə isə fondun sərmayə qoyduğu şirkətlərdən biri də Chehaoduo Group oldu – işlənmiş avtomobillərin satışı ilə məşğul olan agent, eyni zamanda Maodou.com onlayn meydançasını da idarə edir.

Mütəxəssislərin fikrincə, perspektiv sahələrə yükdaşıma bazarını da aid etmək olar. Buraya həm dəniz, həm də quru yükdaşımaları daxildir.

Vision bu sahəyə də yatırım edib – Flexport logistika şirkəti (1 milyard dollar). Bundan əlavə olaraq, Uber (2 milyard dollar) və onun analoqu olan Ola şirkətlərinə qoyulan sərmayəni də qeyd etmək olar.

2019-cu ilin yanvar ayında, SoftBank, Ola xidmətinə daha 1 milyard dollar yatırmaq niyyətində olduğunu bildirib. Lakin, bu planlar baş tutmadı – xidmətin təsisçisi olan Bhavesh Agarwal, SoftBank-ın genişlənməsindən ehtiyat etdi. Bütün bu narahatlıqlar əsassız deyil, belə ki, 2018-ci ilin əvvəlində Uber şirkəti Cənub-Şərqi Asiyadakı filialını Grab rəqibi ilə birləşdirdi. Xatırladaq ki, SoftBank-ın Grab şirkətində də payı var.

Ola xidməti yaxın gələcəkdə IPO-ya keçməyi  planlayır.

Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et