Bir bank müştəri etimadını necə qazana bilər? | Banco.az

Bir bank müştəri etimadını necə qazana bilər?

Müasir dövrdə müştəri cəlb etmək, onların günü-gündən artan tələbatlarını və istəklərini anlamaq çətindir. Bankların marketinqdə uğur qazanmasının yollarını və sirlərini  araşdırdıq. Bütün bunlar çoxlu sayda müştəri əldə etməyə, onların depozitlərini cəlb etməyə və düzgün marketinq siyasəti yürütməyə kömək edəcəkdir.  Bunun üçün bir neçə mühüm fikirləri sizinlə paylaşacağıq:

Müştərinin ehtiyaclarına və istəklərinə fokuslanın.

Xəbər və reklamlarda emosiyalardan istifadə edin. Daha inandırıcı və təsirli olmaq hər zaman müsbət nəticələr verir. Reklamda insanlar öncə emosiyaları seçir, sonra isə məntiqlə qərar verir. 

Xəbərin mümkün qədər aydın və sadə olmasına diqqət edin. Bir reklam ya xəbərdə insanlar maksimum 2-3 şey xatırlayırlar, xatırlayacaq şeylərin önəmli və yadda qalan olmasına üstünlük verin.

Müqayisələrdən istifadə edin. İstifadə edə biləcəyiniz çərçivədə müqayisələrdən istifadə edin, öz üstünlüklərinizi göstərin.

Fərqli olun. Müştərilərin diqqətini cəlb edəcək şeyləri tapın və istifadə edin.

Ən sərfəli kredit üçün müraciət et

Maraqlı olmağa çalışın. Kreativ olun və yeniliklərə yer verin.

Unikal məhsul və xidmət təklif edin. Çalışın xidmətləriniz başqalarından fərqlənsin və özünəməxsus olsun.

Müştərilərə dəyər verin. Bir çox müəssisələr çox vaxt bu qaydanı poza bilirlər, çünki onlar kömək etməkdən çox məhsullarını satmaq istəyirlər. 

Müştəriləri təəccübləndirin. Daima yenilikləri tətbiq edin və müştəriləri təəccübləndirin. Bəzən məhsulu onların gözləmədiyi aşağı qiymətlə təklif etmək də bu yollardan biridir. 

Söhbət mövzusu olun, çalışın sizdən, yeniliklərinizdən daima danışılsın.

 

Vizuallığa önəm verin, bir əyani görünüş 1000 sözə bərabərdir. 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et