Son dövrlər bankda əmanət yerləşdirən insanları ən çox narahat edən məsələlərdən biri də əmanətdən tutulan vergilərin hansı şərtlərdə tətbiq edilməsidir. Bu barədə Banco.az Vergilər Nazirliyinin baş idarə rəisi Natiq Şirinovun Lider TV-ə verdiyi müsahibəyə istinadən məlumat verir. Əmanətlərin gəlir hissəsindən vergi tutulması yeni mexanizm əsasında hesablanacaq. Mexanizmə bir bank, bir əmanətçi prinsipi əsas götürülüb.
1)Bir əmanətçinin bir bankda bir neçə əmanəti varsa həmin əmanətlərin cəmi üzrə hesablanmış illik faiz gəlirlərinin 500 manatlıq baza hissəsi güzəşt olmaqla qalan məbləğdən 10 % vergi tutulacaqdır.
2)Eyni zamanda əmanətçinin bir neçə bankda vardırsa hər bank üzrə ayrı ayrılıqda 500 manatlıq güzəşt məbləği verilməklə vergi tutulacaqdır.
Bu isə əmanətçiləri öz vəsaitləri bir bankda deyil, bir neçə bankda saxlamağa stimullaşdırmalıdır
Əhalini ən çox narahat edən məsələlərdən biri də vergilərin hansı dövr gələn gəlirlərdən tutulmasıdır. Məsələyə aydınlıq gətirən Natiq Şirinov bildirib ki, qanun yalnız 2015-ci ilin yanvarın birindən hesablanan faiz gəlirlərinəşamil ediləcək.
Vergilər Nazirliyi əhalinin əmanətlərinin gəlir hissəsindən vergi tutulmasının səbəblərini açıqlayıb. Banco.az LİDER TV-yə istinadən bildirir ki, bu barədə açıqlamanı Nazirliyin baş idarə rəisi Natiq Şirinov verib. Onun sözlərinə görə, 20 ilə yaxındır ki, əmanətlərdən vergi tutulmurdu. Son nəticədə əhalinin banklardakı əmanətlərinin məbləği 7 milyard manatı keçib. Bankların isə hazırda pul problemi yoxdur. Yəni, əmanətlərdən vergi tutulmasının vaxtı gəlib-çatıb.