Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 226 milyon 88 min manat olub.
Bu göstərici sentyabr ayı ilə müqayisədə 103 milyon manat azdır.
Komitənin açıqladığı məlumata görə, oktyabr ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 milyon 470 min manat, əlavə dəyər vergisi üzrə 157 milyon 18 min manat, aksizlər üzrə 6 milyon 780 min manat, yol vergisi üzrə isə 2 milyon 818 min manat təşkil edib.
Qeyd edək ki, sentyabr ayında köçürmələr gömrük rüsumları üzrə 77 milyon 431 min manat, ƏDV üzrə - 230 milyon 674 min manat, aksiz vergiləri üzrə 18 milyon 201 min manat, yol vergisi üzrə 3 milyon 102 min manat olmuşdu.
Rəqəmlərdən göründüyü kimi, ən böyük azalma aksiz vergiləri üzrə olub. Üç dəfəyə yaxın azalmanın səbəbi, yəqin ki, aksiz markalı malların idxalındakı azalma ilə bağlı ola bilər. Gömrük rüsumları üzrə azalma 18 milyon manat olub. Ümumilikdə, eyni rəqəm bu ilin yanvar ayında büdcə köçürmələrində təkrarlanıb.
Məlumat üçün əlavə edək ki, Dövlət Gömrük Komitəsi tərəfindən 2018-ci ilin sentyabr ayında dövlət büdcəsinə 329,410,6 min manat, avqustda 329,805,5 min manat, iyul ayında 322161,5min manat, iyun ayında 293360,2 manat, may ayında 298054,8 manat, aprel ayında 300591,9 min manat, martda 281238,1 min manat, fevralda 219663,6 min manat, yanvarda isə 226088,3 min manat köçürülüb.
Oxu.az