Bir ayda 346 milyon manat artıb | Banco.az

Bir ayda 346 milyon manat artıb

Bankların müştərilərə verdiyi kreditlər 30 Sentyabr 2019-cu il tarixində 13 milyard 872.1 milyon manata çatıb.

Müştərilərə verilən kreditlər avqust ayının sonu ilə müqayisədə sentyabrda 345 milyon 700 min manat, ötən ilin sonu ilə müqayisə isə (9 ay ərzində) 1 milyard 243 milyon 800 min manat artıb.

Müştərilərə verilən kreditlər 31 Dekabr 2018-ci il tarixində 12 milyard 628 milyon 300 min manat, 31 avqust 2019-cu il tarixində isə 13 milyard 526 milyon 400 min manat təşkil etmişdi.

Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər (xalis kreditlər) Sentyabrda 341 milyon 700 min manat, 9 ay ərzində isə 1 milyard 234 milyon 600 min manat artıb.

milyon manatla

31.12.2018

31.08.2019

30.09.2019

Müştərilərə verilən kreditlər

12,628.3

13,526.4

13,872.1

Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

1,479.0

1,484.2

1,488.2

Xalis kreditlər

11,149.3

12,042.2

12,383.9

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et