Bir ay ərzində Yaponiyaya üç milyon turist səfər edib | Banco.az

Bir ay ərzində Yaponiyaya üç milyon turist səfər edib

Müəllif:Ayşən İmanova/Banco.az

Aprel ayında Yaponiyaya üç milyondan çox turist səfər edib. Bu, son iki ay üçün rekord göstəricidir.

Banco.az xəbər verir ki, Yaponiya Milli Turist Təşkilatının (JNTO) məlumatına görə, işlə bağlı və ya istirahət etmək üçün ölkəyə gələn əcnəbi turistlərin sayı aprel ayında 3,04 milyon nəfərə çatıb.

“Milli valyuta olan yenin məzənnəsinin son 34 ilin ən aşağı səviyyəsinə düşməsi Yaponiyanı xarici turistlər üçün sərfəli ölkəyə çevirib, gələnlərin sayı 2019-cu ildə qeydə alınan 31,9 milyon illik rekordu ötüb”, - deyə agentlik bildirib.

Turist axınının kəskin artması ölkə iqtisadiyyatı üçün əlverişli amil olsa da, çox vaxt yerli sakinlərin narazılığına səbəb olur. Belə ki, yerli məmurlar Yaponiyanın zibil və qeyri-qanuni parkinqlə bağlı şikayətlərindən sonra ölkənin simvolu olan Fuji dağına baxan məşhur turistik məkanda baryer quraşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, bu yay Fuji marşrutu üzrə alpinistlər üçün məhdudiyyətlər tətbiq olunacaq, marşrut pullu olacaq və 2 min yen (12,79 dollar) dəyərində rüsum alınacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et