Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın biotexnologiya şirkəti “BioNTech” gözləniləndən daha yaxşı gəlir əldə etdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, “BioNTech”in üçüncü rüb üzrə maliyyə nəticələrinə görə, şirkətin iyul-sentyabr dövründəki satışları proqnozları 3 dəfə üstələyərək 1 milyard 244 milyon avro olub.
Məlumatlar göstərir ki, ötən ilin üçüncü rübündə şirkətin mənfəəti 160,6 milyon avro olduğu halda, bu ilin eyni dövründə 23 faiz artımla 198,1 milyon avroya çatıb.
Ötən ilin üçüncü rübündə şirkətin satışları isə 895,3 milyon avro hesablanmışdı.
Qeyd edək ki, Kovid-19 pandemiyası zamanı önə çıxan şirkət bu ilki gəlirlərinin tənzimləyici yeniliklərdən asılı olaraq 2,5-3,1 milyard avro arasında olan tam illik gəlir diapazonunun ən aşağı səviyyəsində olacağını gözləyir.
“BioNTech” şirkəti Kovid-19 variantına uyğunlaşdırılmış peyvəndlərini AB, Böyük Britaniya və ABŞ-da rəsmi təsdiqlərə görə ötən ildən daha tez istifadəyə vermişdi. Bu da üçüncü rübdə satış həcminin artmasına töhfə verib.
Bizi sosial şəbəkələrdən izləyin!!