"BioNTech" şirkəti xərçəngin müalicəsi üçün İngiltərə ilə əməkdaşlığa başlayıb | Banco.az

"BioNTech" şirkəti xərçəngin müalicəsi üçün İngiltərə ilə əməkdaşlığa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya ilə İngiltərə tibb sahəsində əməkdaşlığa hazırlaşır.

Banco.az xəbər verir ki, Almaniyanın biotexnologiya firması “BioNTech” mRNA texnologiyası əsasında fərdiləşdirilmiş xərçəng müalicəsi üçün İngiltərə hökuməti ilə müqavilə imzaladığını açıqlayıb.

Şirkətdən verilən açıqlamada Böyük Britaniya Səhiyyə Nazirliyi ilə Birləşmiş Krallıqda xərçəng müalicəsi üçün tədqiqat və inkişaf mərkəzinin yaradılması ilə bağlı razılığın əldə edildiyi bildirilib.

Açıqlamada, 2030-cu ilə qədər mRNA xərçəngi immunoterapiyaları ilə 10 minə qədər xərçəng xəstəsinin klinik sınaqlarla müalicəsinin hədəfləndiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin qeyd olunub ki, “BioNTech” şirkəti İngiltərənin Kembric şəhərində 70-dən çox alimin işlə təmin olunacağı Ar-Ge mərkəzi açacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et