"Binance" kriptovalyuta birjası Kanadanı tərk edir | Banco.az

"Binance" kriptovalyuta birjası Kanadanı tərk edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Məşhur kriptovalyuta birjası “Binance” Kanada bazarını tərk etməyə qərar verib.

Banco.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta mübadilə platforması olan “Binance” ölkədəki tənzimləmələrə görə Kanada bazarından çəkilmək qərarına gəldiyini açıqlayıb.

Birjadan verilən açıqlamaya görə, “Binance” Kanada bazarını “proaktiv şəkildə” tərk edərək digər aparıcı kritpovalyuta şirkətlərinə qoşulacaq.

Açıqlamada həmçinin qeyd olunub ki, platforma daha əvvəl sözügedən qərarını məhz Kanadalı istifadəçilərini qorumaq üçün digər ağlabatan yolları araşdırmaq üçün təxirə salsa da, belə bir yolun olmadığı artıq aydın məsələdir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Kanada hökuməti son dövrlərdə kriptovalyuta ticarət platformalarına dair tənzimləmələri sərtləşdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram