"Binance" kriptovalyuta birjası bu ölkədə də qadağan edildi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Binance" kriptovalyuta birjası bu ölkədə də qadağan edildi

Tamara Mustafayeva, Banco.az

"Binance" kriptovalyuta birjası investisiya xidmətləri və digər fəaliyyətlərin təmin edilməsi üzrə səlahiyyətə sahib olmadığı iddiası ilə İtaliyada qadağan edilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İtaliyalı rəsmilər tərəfindən edilən açıqlamaya görə, "Binance" adlı kriptovalyuta birjasının bu ölkədə heç bir fəaliyyət səlahiyyətinin olmadığı, bu səbəblə də birjanın ölkədə qadağan edildiyi bildirilib.

Qeyd edək ki, bu açıqlama ilə birlikdə İtaliya da "Binance"ı qadağan edən ölkələrin sırasına daxil olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram