Binance birjası Fetch.AI token satışının başlama vaxtını açıqlayıb | Banco.az

Binance birjası Fetch.AI token satışının başlama vaxtını açıqlayıb

Yeni kriptovalyuta məhsulu platformada Bitcoin, Binance CoinUSDT satışa çıxarılacaq. Binance kriptovalyuta birjası Fetch.AI tokenini 28 fevral, Moskva vaxtı ilə 13:00 radələrində listinq edəcək. Qeyd edək ki, platforma crowdsale* iştirakçıları xeyrinə coinlərin paylaşdırılmasını bu həftə 22 saniyə ərzində yekunlaşdırmışdır.

Həmçinin oxu: Kriptovalyuta indeksləri

Bildirilir ki, platforma 0x tokeni üçün də cütləri artıq ayırıb. 28 fevral Moskva vaxtı ilə səhər saat 7 radələrində Binance Coin və USDT üçün də açıq olacaq. Kriptovalyutaların qiyməti 10,8%, $0,268 qədər artıb. Bu arada Bitcoin 0,6%, 3876, Ethereum isə 1,9%, 140 dollara qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Crowdsale* - İngilis mənşəli "Crowd"- kütlə və "sale"- satış sözlərindən yaranıb. Bir qrup insanlanların İCO (İnitial Coing Offering) üçün nəzərdə tutulan layihə ilə əlaqədar müəyyən vəsait və resurslarının birləşdirilməsi deməkdir.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür:  Binance объявила дату начала торгов токеном Fetch.AI

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et