Bill Qeyts yay ayları üçün tövsiyələrini bölüşüb | Banco.az

Bill Qeyts yay ayları üçün tövsiyələrini bölüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bill Qeyts yay aylarını maraqlı və məhsuldar keçirmək istəyənlər üçün bir-birindən faydalı tövsiyələr verib.

Banco.az xəbər verir ki, tanınmış milyarder, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts hər il olduğu kimi bu il də izləyiciləri ilə olduqca maraqlı tövsiyələrini bölüşüb.

Bloq hesabından izləyicilərinə müraciət edən Qeyts bildirib ki, bu il ənənədən bir qədər kənara çıxaraq təkcə kitab deyil, həmçinin serial və musiqi tövsiyəsi də bölüşmək qərarına gəlib. 

“Çünki həyatda oxumaqdan daha çox seçim var. Baxmayaraq ki, oxumaq hələ də ən yaxşısıdır.”

Kitablar:

Tomorrow, and Tomorrow, and Tomorrow, by Gabrielle Zevin (“Sabah, Sabah və Sabah” - müəllif Qabriel Zevin)

Bu möhtəşəm roman “Super Mario” oyunları oynayaraq böyüyən iki uşaqlıq dostunun həyatından bəhs edir. Uşaqlıq illərində oynadıqları bu oyundan ruhlanan dostlar daha sonra birlikdə öz oyunlarını yaratmağa başlayırlar. 

Bill Qeyts romanın ona çox doğma gəldiyini, çünki Pol Allenlə birlikdə “Microsoft”u təsis etdiyi illəri və Allenlə olan münasibətini xatırladığını deyir. 

Born in Blackness: Africa, Africans, and the Making of the Modern World, 1471 to the Second World War by Howard French (“Qaranlıqda doğulmaq: Afrika, Afrikalılar və Müasir Dünyanın Yaradılması, 1471-ci ildən İkinci Dünya Müharibəsinə qədər” - müəllif Hovard Frenç)

Afrika əsilli jurnalist Hovard Frenç bu əsərində qitənin tarixi ilə bağlı Qərbin şablon yanaşmalarına etiraz edir. Yazıçı iddia edir ki, Afrika bu torpaqlara Avropalıların gəlişinə qədər özünəməxsus idarə mexanizminə və dövlət quruluşuna sahib idi. O izah edir ki, əslində müxtəlif Afrika krallıqları siyasi təşkilatlanma, hərbi güc, ticarət, incəsənət və kəşfiyyat baxımından Avropa ilə rəqabət aparan şəhər-dövlətləri qurmuşdular.

Ən sərfəli kredit üçün müraciət et

TV şousu:

“Borgen” serialı 

Kopenhagendə hökumətin yerləşdiyi sarayın adı ilə adlandırılan Danimarka istehsalı bu serial ölkənin ilk qadın Baş nazirinin (uydurma) həyat hekayəsindən və onun keçdiyi mürəkkəb siyasət arenasından bəhs edir. 

Mahnılar:

Bill Qeyts bu dəfə izləyiciləri ilə sevimli musiqilərini də bölüşüb. Siz Qeytsin siyahısında Billie Holiday, Nat King Cole və Beatles-dən tutmuş Vampire Weekend, Adele və U2-ə qədər bir çox məşhuru tapa bilərsiniz.

Siyahı ilə tanış olmaq üçün linkə daxil olun:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et