Bill Qeyts və İlon Mask kimi məşhurların istifadə etdikləri 5 saat prinsipi nədir | Banco.az

Bill Qeyts və İlon Mask kimi məşhurların istifadə etdikləri 5 saat prinsipi nədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

5 saat prinsipi nədir?

Beş saat prinsipi “Empact”ın qurucusu Maykl Simmons tərəfindən irəli sürülmüşdür. Fikir, əslində çox sadədir: nə qədər məşğul olsanız da, hər gün ən az bir saat (və ya bir həftədə beş saat) öyrənməyə vaxt ayırmalısınız.

Simmons bu ideyanın Benjamin Franklinə qədər gedib çıxdığını söyləyir. “Benjamin Franklin həyatı boyunca hər gün təqribən 1 satını yeni şeylər öyrənməyə həsr edirdi. Mən bunu Franklinin beş saat prinsipi adlandırıram: həftə içi hər gün bir saat!” deyir Simmons.

“Franklin üçün bu əsasən səhər saatları idi", deyə Maykl Simmons qeyd edir. “Hər səhər kitab oxumaq və qeydlər götürmək üçün erkən oyanardı. Öz hədəflərini müəyyənləşdirər və nəticələrini izləyərdi. Günümüzün kitab klublarına bənzər bir klubu belə var idi və o, burada özünü inkişaf etdirərkən cəmiyyətin inkişafı üçün də çalışan bir çox mütəfəkkirlə fikir mübadiləsi edərdi.”

Beş saat prinsipinin üç əvəzedilməz qaydası

Bugünün uğurlu liderləri Franklinin beş saat prinsipini üç maddəyə bölərək mənimsəmişlər.

1. Oxu: Elon Mask roket inşa etməyi oxuyaraq öyrənmişdir ki, bu da ona “SpaceX”in qapılarını açmışdır. Cek Ma deyir ki, “Kitab oxumaq sizə sadəcə yeni şeylər öyrətmir, həmçinin sizi sektorda gündəmdə saxlayır.” Digərləri ilə müqayisə edildiyi zaman kitab qurdu olanların başqa sektorların strategiya və taktikalarını başa düşmə bacarığı olduqca yüksəkdir.

Əgər hər gün ən az bir saat kitab oxumağa vaxt tapa bilmirsinizsə, o halda 20 və ya 30 dəqiqə ilə başlayın. Ümimiyyətlə kitab oxumağa vaxtınız yoxdursa, səhər işə gedərkən və ya idmanla məşğul olarkən dinləmək üçün audio kitablar yükləyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

2. Düşün: Beş saat prinsipi eyni zamanda düşünməyi də əhatə edir. Bu, boşluğa baxmaq da ola bilər, düşüncələrinizi bir kağıza qeyd etmək də. Cek Dorsi və LinkedIn CEO – su Jeff Weiner bu konsepsiyaya riayət edən tanınmış şəxslərdəndir.

Keçmiş haqqında düşünmək sizə səhvlərinizdən dərs çıxarmaq imkanı verir. Üzərindən müəyyən müddət keçdikdən sonra hadisələrə daha obyektiv yanaşa bilər, nəyi səhv etdiyinizi, nəyin düzgün olduğunu daha dəqiq görə bilərsiniz. Bu sizin xəyallarınıza çatmağınızı asanlaşdırmaqla yanaşı həyat standartlarınızı da artıracaqdır. Texas Universitetinin araşdırma nəticələri də gün ərzində fasilə verib düşüncələriniz ilə baş–başa qalmağın öyrənmə bacarıqlarınızı təkmilləşdirəcəyi iddiasını dəstəkləyir.

3. Cəhd et: Üçüncü və ən mühüm maddə isə cəhd etməkdir. Benjamin Franklin və Tomas Edison onları məşhurlaşdıran icadlarını dəfələrlə cəhd edərək kəşf etmişlər.

Cek Ma öyrəndiklərinizi təcrübədən keçirməyinizi məsləhət görür. Məsələn, komanda işi ilə bağlı bir kitab oxuduqdan sonra könüllü bir işə daxil olub oxuduqlarınızı tətbiq edə bilərsiniz.

Öyrənməyi bir vərdiş halına gətirdiyiniz zaman həyatınızın daha uğurlu və məhsuldar olduğunu görəcəksiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et