Bill Qeyts “Microsoft”u şirkətdə vəzifə tutmadan idarə edir | Banco.az

Bill Qeyts “Microsoft”u şirkətdə vəzifə tutmadan idarə edir

Müəllif:Ayşən İmanova/Banco.az

2020-ci ilin mart ayında "Microsoft"un direktorlar şurasının sədrliyini tərk edən Bill Qeyts  şirkətdə rəsmi vəzifəsi olmasa da, fəaliyyətini davam etdirir. 

Banco.az xəbər verir ki, “Microsoft”un keçmiş sədri Bill Qeyts rəsmi rolu olmasa da, şirkətin strateji təşəbbüslərinə, xüsusən də süni intellekt sahəsində əhəmiyyətli təsir göstərməyə davam edir.

Jurnalistlərin fikrincə,Qeyts şirkətin korporativ həyatında fəal rol oynayır, strateji məsələlər üzrə məsləhətlər verir, məhsulun təhlilində iştirak edir, eləcə də əsas menecerlərin işə götürülməsi prosesində və “OpenAI”nin baş direktoru Sem Altmanla mühüm tərəfdaşlıq əlaqələrinin qorunmasında iştirak edir.

“Microsoft”un hazırkı rəhbəri Satya Nadella və idarəçi heyətinin Bill Qeyts fikirlərini yüksək qiymətləndirdiyi və korporasiyada əsaslı dəyişikliklər edərkən bunu nəzərə aldığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, Bill Qeyts hazırda mütəmadi olaraq Sam Altman-la sıx əlaqələr saxlayır. Ekspertlərin fikrincə, Qeytsin "Microsoft"a təsiri onun "OpenAI" ilə qarşılıqlı əlaqəsindən xeyli kənara çıxır. Əvvəlki açıqlamalarında Bill Qeyts özü vaxtının təxminən 10%-ni "Redmond"da "Microsoft"a məhsul strategiyası ilə bağlı məsləhət verməyə sərf etdiyini bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et