Müəllif:Ayşən İmanova/Banco.az
“Microsoft”un yaradıcısı Bill Qeyts korporasiya yaranmazdan əvvəlki həyatı haqqında kitab nəşr etmək niyyətindədir.
Banco.az xəbər verir ki, o, bu barədə öz “Gates Notes” bloqunda yazıb.
Qeytsin sözlərinə görə, o, 20 yaşından bəri diqqət mərkəzindədir, lakin onun bu yaşa qədərki həyatı haqqında çox az şey məlumdur.
“Source Code: My Beginnings” ( “Mənbə Kodu: Mənim Başlanğıclarım”) adlı kitabın 2025-ci ilin fevralında çıxması planlaşdırılır. Memuar Qeytsin uşaqlıq illərindən Harvard Universitetini tərk etmək qərarına və 2018-ci ildə vəfat edən dostu Pol Allen ilə birlikdə “Microsoft”u qurmağa qədərki həyatını əhatə edəcək. Kitabı artıq “Amazon”da əvvəlcədən sifariş etmək mümkündür.
Qeyts qeyd edib ki, qarşıdan gələn kitab "onun sonrakı həyatında hər şeyin əsasını qoyan dərslər və təcrübələrə" həsr olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!