Bill Qeyts indiyədək ən çox bəyəndiyi 5 kitabı açıqlayıb | Banco.az

Bill Qeyts indiyədək ən çox bəyəndiyi 5 kitabı açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bill Qeyts CNBC-yə müsahibəsində indiyə qədər oxuduğu kitablardan ən çox bəyəndiyi 5 kitabı izləyicilərlə bölüşüb.

Banco.az xəbər verir ki, “Microsoft”un qurucusu məşhur milyarder tez-tez YouTube kanalında kitab tövsiyələri ilə çıxış edir. Bu dəfə isə o, indiyədək oxuduğu kitablar içərisində ən çox bəyəndiklərindən bəzilərini insanlarla bölüşüb. Gəlin nəzər salaq:

“Qərib ölkədə qərib” (Stranger in a Strange Land) - Robert A. Heinlein

Amerikalı fantastika yazıçısı Robert A. Heinlein tərəfindən 1961-ci ildə yazılmış əsər Marsda doğulan və marslılar tərəfindən böyüdülmüş Valentin Maykl Smitin hekayəsindən bəhs edir. Yerə səyahəti zamanı Smit buradakı mədəniyyətlər arası  müharibə və din kimi hadisələri mənalandırmağa çalışır.

Qeyts bu kitabın gənclik illərində ən çox sevdiyi fantastika əsərlərindən biri olduğunu deyib.

“Təslim: 40 Mahnı Bir Hekayə” (Surrender: 40 Songs One Story) - Pol Devid Heuson 

Dünyaca məşhur U2 musiqi qrupunun vokalisti Bononun (Pol David Heuson) öz həyatından bəhs etdiyi bu əsərdə müəllif qrup üzvləri ilə keçirdiyi illərdən bəhs edilir.

“Rəqiblər komandası: Avraham Linkolnun siyasi dühası” (Team of Rivals: The Political Genius of Abraham Lincoln)- Doris Kearns Qudvin

Qeytsin tövsiyə etdiyi başqa bir kitab isə ABŞ-ın ən məşhur prezidentlərindən biri olan Avraham Linkolnun gözlənilməz prezidentliyi və keçmiş düşmənlərinin kabinetinə qarşı ədalət uğrunda apardığı mübarizədən bəhs edən “Rəqiblər komandası: Abraham Linkolnun siyasi dühası”dır.

Ən sərfəli kredit üçün müraciət et

“Tennisin Daxili Oyunu” (The Inner Game of Tennis) - Timoti Qallvey

Tennisə heyranlığı ilə tanınan Bill Qeytsin tövsiyə etdiyi digər bir kitab isə ABŞ yazıçısı Timoti Qallveyin “The Inner Game of Tennis” kitabıdır.

Kitabı dəfələrlə oxuduğunu bildirən Qeyts bu kitabla özünü daha konstruktiv tənqidə yönəltməyi öyrəndiyini bildirib.

“Mendeleyevin yuxusu: Elementlərin axtarışı” (Mendeleyev's Dream: The Quest for the Elements) - Pol Strathern

İngilis akademik Paul Strathern tərəfindən yazılmış “Mendeleyevin yuxusu” əsəri yuxusunda kimya sahəsində ən böyük kəşflərdən biri olan Dövri Cədvəli tapan Dmitri Mendeleyevin yuxusundan bəhs edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et