Bill Qeyts bu sektora sərmayə qoymaqla 930 milyon dollar qazandı | Banco.az

Bill Qeyts bu sektora sərmayə qoymaqla 930 milyon dollar qazandı

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası belə multimilyonçuların təyyarə səfərlərini təxirə sala bilməyib. Bu səbəbdən də, dünyanın ən varlı insanlarından olan Bill Qeyts pandemiya dövründə aviasiya sektoru çətin günlər keçirərkən özəl təyyarə şirkətlərindən birinə sərmayə qoymaqla 930 milyon dollar qazanıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Bill Qeyts, Nassef Sawiris, James Packer və Kerry Stokes kimi milyonçular dünyanın ən böyük şəxsi təyyarə operatorlarına qoyduqları sərmayələr sayəsində 1.2 milyard dollar gəlir əldə ediblər.

"Signature Aviation" adlı özəl təyyarə şirkətinin səhmləri ötən ilin mart ayından bəri üç dəfə bahalaşıb. Özəl təyyarə sektoru Covid-19 pandemiyası dövründə insanlar arasındakı təması minimuma endirərək populyarlaşan səyahət vasitələri kateqoriyasına daxil olub. Belə ki, pandemiya dövründə qlobal hava nəqliyyatı əsaslı geriləmə yaşasa da, özəl təyyarə sektoru fəaliyyətini genişlədərək qazancını artırıb.

Qeyd edək ki, "Signature Aviation" şirkətinin ən böyük səhmdarı Bill Qeyts ötən ilin iyul və avqust ayları ərzində səhmlərini dörd dəfə artırıb. Digər bir səhmdar Misirli milyarder Nassef Sawiris isə iki dəfə artıraraq 7.4%-ə yüksəlib. Odur ki, şirkətin 16%-lik səhmlərinə sahib olan Bill Qeytsin səhmlərinin yekun dəyəri hazırda 780 milyon dollardır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram