Tamara Mustafayeva, Banco.az
Microsoft şirkətinin rəhbəri tanınmış milyarder Bill Qeyts kriptovalyutalarla bağlı analizini bölüşərək investorlara xəbərdarlıq edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Bill Qeyts İlon Maskın Bitkoin investisiyasına istinad verərək, "Əgər dünyanın ən varlı insanı deyilsinizsə, Bitkoin almamalısınız", deyə bildirib.
"İlonun pulu çoxdur və o, hərtərəfli insandır. Onun Bitkoinlərinin aşağı və ya yuxarı dinamikalı hərəkəti məni narahat etmir."
Qeyts Bitkoin almaq istəyən şəxslərin diqqətli olmasını tövsiyə edərək, "Əgər pulunuz İlonunkindən azdırsa, ehtiyyatlı olmalısınız", deyə xəbərdarlıq edib.
Xatırladaq ki, son dövrlərdə kriptovalyuta bazarına şübhəli yanaşanlar arasında Bill Qeytslə yanaşı Warren Buffett və ABŞ xəzinə naziri Cenet Yellenin də adları çəkilir. Belə ki, Buffet də bir müddət əvvəl açıqlamasında kriptovalyutaların hər hansı bir dəyərinin olmadığını və heç bir şey istehsal etmədiklərini vurğulamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!