Bill Qeyts artıq dünyanın 4-cü ən varlı insanı deyil | Banco.az

Bill Qeyts artıq dünyanın 4-cü ən varlı insanı deyil

Tamara Mustafayeva, Banco.az

"Forbes" nəşri tərəfindən yayımlanan "Dünyanın ən varlı insanları" siyahısındakı milyarderlərin sayı bu il 2 min 755-ə çataraq rekord vurub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu il 493 yeni şəxsin daxil olduğu siyahıda qısa müddət əvvəl dəyişiklik olmuş və siyahının lideri öz ünvanını itirmişdi. Belə ki, ABŞ-ın e-ticarət nəhəngi "Amazon" şirkətinin təsisçisi Ceff Bezosun sahib olduğu "dünyanın ən varlı insanı" statusu "Louis Vuitton", "Christian Dior" və "Sephora" kimi markaların sahibi fransız iş adamı Bernard Arnaulta keçmişdi.

İndi isə növbəti dəyişiklik baş tutub. Bu dəfə də bir müddətdir ki, dördüncü sırada qərarlaşmış Bill Qeyts bir pillə geriləyib. 

Qeyd edək ki, bu dəyişikliyin səbəbinin Bill Qeyts və Melinda Qeytsin ötən həftə baş tutan boşanma hadisəsi olduğu bildirilir. "Business Insider" nəşrinin xəbərinə görə, Bill Qeyts Melinda Frenç Qeytsə 2 milyard dollardan çox şirkət səhmi verib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et