Bill Geyts “Instagram”da səhifə açdı | Banco.az

Bill Geyts “Instagram”da səhifə açdı

“Microsoft”un yaradıcısı Bill Geyts “Instagram”da səhifə açıb.

İKT.lent.az-ın xəbərinə görə, dünyanın ən zəngin insanının profilində bildirilir ki, o, öz xeyriyyə fondunun fəaliyyəti və öz maraqları barədə danışmaq fikrindədir.

B. Geytsin ilk paylaşımı Tanzaniya səfəri ilə bağlı olub. İş adamı 3 foto yerləşdirib və Muxeza əyalətində məktəblilərlə etdiyi nahar barədə məlumat verib.

Qısa müddətdə səhifəni bəyənənlərin sayı 100 mini ötüb. Səhifə (@thisisbillgates) verifikasiya işarəsinə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

B. Geyts isə 25 akkauntu, o cümlədən həyat yoldaşı Melinda Geyts, “Facebook” rəhbəri Mark Zukerberq, “Instagram”ın həmtəsisçisi Mayk Kriger, məşhur tennisçi Rocer Federer, Nyu Yorkun sabiq meri Maykl Blumberqin, eləcə də bəzi xeyriyyə qurumlarının səhifələrini izləyir.  

Ən sərfəli krediti almaq üçün müraciət et