Bill Gates xeyriyyəçiliyə $4.6 mlrd həcmində səhm bağışlayıb | Banco.az

Bill Gates xeyriyyəçiliyə $4.6 mlrd həcmində səhm bağışlayıb

Microsoft şirkətinin təsisçisi, Bill Gates, şirkətin 4,6 milyard dollar həcmində 64 milyon səhmini xeyriyyəçiliyə bağışlayıb. Bu haqda ABŞ-ın Qiymətli kağızlar üzrə komitəsinə (SEC) istinad edən Bloomberg agentliyi məlumat verir.

Məlumatda deyilir ki, ianənin verilməsi 4 iyuna təsadüf edib, amma qəbul edən tərəfin adı açıqlanmayıb. Nəşr xatırladır ki, bundan öncə Gates, bağışladığı iri həcmli vəsaitlərin böyük bir qismini özünün və xanımının qurmuş olduğu “Bill & Melinda Gates Foundation” fonduna köçürürdü və xeyriyyəçilik tədbirlərini fond vasitəsi ilə gerçəkləşdirirdi.

Ən sərfəli kredit üçün müraciət et

4,6 milyard dollar həcmində məbləğ, Bill Gatesin son 17 il ərzində bağışlamış olduğu ən böyük ianədir. Lakin iş adamı 1999-cu ildə 16 milyard və 1998-ci ildə 5,1 milyard vəsait bağışlayıb.

Bloomberg qeyd edir ki, hətta bu ianədən sonra belə, Gates dünyanın ən varlı sakini olaraq qalır və agentlik onun sərvətini $86,1 milyard civarında qiymətləndirir.