Microsoft-un qurucusu Bill Gates etiraf edib ki, bu yaxınlarda o, Microft proqramları ilə təchiz olunmuş Android sistemi ilə işləyən mobil telefondan istifadə etməyə başlayıb və iPhone-a keçmək niyyəti yoxdur.
Ötən günlərdə Fox News-a intervü verən Gates bildirib ki, hələ də Microsoft əməliyyat sistemi ilə çalışan fərdi kompüterdən istifadə edir, amma təzəlikcə Microsoft Phone ƏS telefonunu Androidə dəyişib və iPhone smarfonu onu maraqlandırmır, bu haqda CNET yazır.
Microsoft-un təsisçisi yeni telefonundan danışarkən qeyd edib ki, cihazda çoxlu sayda Microsoft proqram təminatı vardır. Amma Bill hansısa proqramın adını ayrılıqda çəkməyib. VentureBeat nəşri hesab edir ki, bunlar Microsoft Word, Skype, Teams və Outlook elektron poçtudur.
ONMSFT nəşri isə bildirir i, Microsoft artıq uzun müddətdir ki, Android telefonlarından istifadə edir, bu siyahıda şirkətin cari baş icraçı direktoru Satya Nadella da var. Bununla yanaşı Microft öz dükanlarında sözügedən