Bill Gates-ə məxsus olan investisiya şirkətlərindən biri Arizona ştatında böyük bir ərazi almaq üçün 80 milyon dollar xərcləyib.
Arizona ştatının Feniks adlı rayonundan alınmış bu 10.000 hektarlıq ərazi ağıllı şəhər layihəsi üçün nəzərdə tutulub. Bu barədə bir sıra ABŞ kütləvi informasiya vasitələri xəbər veriblər. Hal hazırda bu ərazi tamamilə boşdur. Plana əsasən həmin ərazidə Belmont adlı futuristik ağıllı şəhər inşa ediləcək. Həmin şəhərdə 80.000-ə yaxın yaşayış evi, mağazalar, məktəblər və s. tikiləcək. Şəhərdən I-11 adlı şosse keçəcək hansı ki, onu Las Veqasla birləşdirəcək.
“Belmont, aparıcı texnologiyalar, yüksək sürətli rəqəmsal şəbəkələr, data mərkəzlər, yeni istehsalat texnologiyaları, avtopilot sistemli avtomobillər, avtomatlaşdırılmış logistika və s. kimi texnologiyalar əsasında qurulacaq infrastruktur və kommunikasiyaya sahib olacaq innovasiya cəmiyyətinin mərkəzi olacaq” – deyə şirkət bildirib.
Mənbə: technote.az