“Big Mac” indeksi nədir? | Banco.az

“Big Mac” indeksi nədir?

“Big Mac” indeksi ilk dəfə 1986-cı ildə “The Economist” jurnalında dərc edilən məqalədə təqdim edilib. “Big Mac”-ın fərqli ölkələrdə satış qiymətlərinə əsaslanan bu indeks, fərqli ölkələrin valyutalarının müqayisəsini daha anlaşıqlı edir. Bu indeks sayəsində hər bir konkret valyutanın cari dəyərinin “ədalətli” olub-olmadığını, dəyərsizləşib-dəyərsizləşmədiyini anlamaq mümkündür.

McDonald’s  hazırda 112 ölkədə 30.000-dən çox restoranla xidmət verir və onun “şah əsəri” “Big Mac” hesab olunur. Big Mac”-ın tərkibi çörək, pendir, ət, tərəvəzlər kimi qida komponentlərindən ibarətdirdir və bu onu universal “fast food” məhsul hesab etməyə imkan verir. Hər bir ölkədə onun dəyəri kirayə haqqı, məhsulların dəyəri, işçi qüvvəsi və s. amillərdən asılıdır və “Big Mac” indeksi oxşar gəlir səviyyəsinə malik ölkələrdə valyutaların dəyərini təyin etmək imkanı verir.“Big Mac”-ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Big Mac”-ın qiyməti götürülür. Əgər hər hansı ölkədə “Big Mac”-ın qiyməti bu həddən yüksəkdirsə deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə “şişirdilib”. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər “Big Mac” ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır. “Big Mac” indeksi ekspertlər tərəfindən əsasən 2 səbəbdən etalon kimi istifadə olunur: McDonald’s demək olar ki, bütün dünya ölkələrində fəaliyyət göstərir və “Big Mac”-a bir neçə əsas komponentlər (çörək, pendir, ət) daxildir.

Big Mac fərqli ölkələrdə eyni tərkib və eyni üsullarla hazırlanır ki, bu da Big Mac üzrə xərclərin hər yerdə eyni olmadığı mənasına gəlir. ABŞ-da Big Mac ortalama 5,71 dollara  satılır. Bunu Azərbaycanda 9,7 manata heçkim almaz, çünki bu qiymət orta göndəlik gəlirin çox üzərindədir. Bu səbəbdən McDonald’s gündəlik xərclər, iş gücü, orta aylıq gəlir kimi dəyişkən faktorlara bağlı hər ölkədə uyğun qiymət qoymağa çalışır. 2020-ci il iyul ayı üçün dərc edlən “Big Mac” indeksində Azərbaycanda “Big Mac”-ın qiyməti 2.32 dollar (4 AZN) qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Daha sadə izah etsək, indeksə əsasən İsveçrədə “Big Mac”-ın qiyməti 6.91 olduğu halda ABŞ-da 5.71 dollardır. Bundan belə nəticə çıxır ki, İsveçrə frankı ABŞ dollarına nisbətən daha dəyərli bir valyutadır.

İnvestorlar “Big Mac” indeks məlumatlarını müxtəlif formalarda istifadə edə bilərlər. Misal üçün, bir məbləğin digərinə görə yüksək dəyərli yoxsa aşağı dəyərli olduğunu və valyuta məzənnəsində bu məlumatlara əsasən ticarət edib etməməyin onlar üçün nəticələrini bu üsul ilə öyrənə bilərlər. Eyni şəkildə investorlar infilyasiya dəyərini müəyyənləşdirmək üçün müxtəlif zaman çərçivəsində olan dəyişiklikləri ölçə və bunu rəsmi qeydlərlə müqayisə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ilk McDonald’s 1999-cu il noyabrın 6-da Bakıda Fəvvarələr Meydanında açılıb.

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et