Bəzi smartfonlar niyə anidən partlayır? | Banco.az

Bəzi smartfonlar niyə anidən partlayır?

Müəllif - Aida İsaq, Banco.az

Müasir smartfonlar, planşetlər və ya digər ağıllı cihazlar artıq həyatımızın bir parçasına çevrilib. Burada smartfonların adını xüsusi vurğulamaq yerinə düşər. Çünkü, çantamıza, cibimizə rahatlıqla yerləşdirə bildiyimiz mobil telefonlarla işlərimizi asanlıqla həll edə, sevdiklərimizlə sürətli əlaqə saxlaya, zamanımızı əyləncəli keçirə bilirik. Təbii ki, onların malik olduğu funksiyalar bununla yekunlaşmır. 

Ancaq Banco.az olaraq bu gün müvafiq qadcetlərdə rast gəlinən önəmli nüansa nəzər salmağı düşündük. Belə ki, bir çox hallarda xəbərləri izləyərkən yaxud ətrafımızdakı insanlardan smartfonlarının anidən “partladığını” eşidirik. Bu barədə danışan kibertəhlükəsizlik üzrə ekspert Eldar Murtazin bildirib ki, cihazların fiziki təsirə məruz qalması “kiçik partlayışlara” səbəb ola bilər. Mütəxəssis eyni zamanda şişmiş batareyalarla ehtiyatlı olmağı tövsiyyə edib. Çünkü müvafiq hadisə daha çox bu səbəbdən baş verir. Batareyalar isə orjinal olmayan şarj alətlərindən istifadə zamanı şişir. Batareyaların şişdiyini müşahidə etdiyiniz an onu yenisi ilə əvəzləməyə tələsmək lazımdır. Eyni zamanda telefonların şarj hissələrini müntəzəm olaraq təmizləmək və yalnız orjinal alətlərdən istifadəyə üstünlük vermək faydalıdır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et