Müəllif - Aida İsaq, Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin mümkün kəskin artması fonunda bir sıra ölkələr defoltla üzləşə bilər.
Banco.az xəbər verir ki, bunu “Otkritie Investments” şirkətinin aparıcı analitiki Andrey Koçetkov bildirib. O, Hindistanın, həmçinin Afrika və Latın Amerikası ölkələrinin iqtisadiyyatlarındakı vəziyyətin ürəkaçan olmadığını vurğulayıb. Ekspert ABŞ dolları ilə maliyyələşən xarici borc probleminin həcminə diqqət çəkib. Son 15 il ərzində kifayət qədər aşağı faizlə borclar əldə olunub. Amma hazırda ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətinə görə kreditlər xeyli bahalaşır.
Borclarını yenidən maliyyələşdirmək üçün bir çox ölkələr daha yüksək faizlə borc götürməli olacaqlar. Koçetkovun sözlərinə görə, ticarət balansı zəif olan iqtisadiyyatlar üçün müvafiq vəziyyətin öhdəsindən gəlmək asan başa gəlmir. Bundan başqa dolların bahalaşması müvafiq ölkələrdən ixrac mallarının qiymətinin ucuzlaşmasına gətirib çıxarır. Beləliklə, bu dövlətlərin gəlirlərinə mənfi təsir göstərərək xərcləri artır. Ekspert borc və valyuta şoklarından xilas olmaq yolunu dövlətlərin öz imkanları daxilində addımlar ataraq iqtisadiyyatı inkişaf etdirməsində görüb.
Bizi sosial şəbəkələrdən izləyin!!