Bəzi banklar dolların satışını dayandırdı | Banco.az

Bəzi banklar dolların satışını dayandırdı

Dünənki valyuta hərracında dolların məzənnəsinin yüksəlməsi və hərraca çıxarılan vəsaitin azaldılması bankların işini çətinləşdirib. 

Bu gün 4 bank ABŞ valyutasının satışını dayandırıb. 

Həmin banklar bunlardır: 

- “Azərbaycan Beynəlxalq Bankı”
- “İran Milli Bankı”nın Bakı filialı
- “Atabank”
- “Günaybank”

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, dünən adıçəkilən banklar limitlə dollar satışını həyata keçirirdi. “Günaybank” isə ümumiyyətlə, dolları limitsiz satıb. Dünən isə 1000 dollar limit müəyyən edib. “İran Milli Bankı”nın Bakı filialı isə 500 dollar satırdı. 

Dünən valyuta hərracına cəmi 25 milyon dollar çıxarılıb. Bankların əksəriyyətinin tələbi ödənilmədiyindən onlar əllərindəki valyutanı satmaqdan imtina edirlər.

Mənbə: Fins.az